kanal12.az

Ekspert Lusi Qarner: Gənclərin fikirlərini dinləyib, dəyərləndirməliyik

2-05-2024, 11:14 0 dəfə baxılıb

Ekspert Lusi Qarner: Gənclərin fikirlərini dinləyib, dəyərləndirməliyik

Dünyada turizm və sülh quruculuğu arasındakı əlaqələr daha yaxşı anlaşılmalıdır. Hər kəs sülh şəraitində yaşamağı bacarmalıdır.

Bunu turizmdə gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyasında çıxışında bildirib.

Gənclərin həyata keçirilən yeni layihələrdə fəal olmağının vacibliyini diqqətə çatdıran ekspert deyib: “Dünyada təxminən 1,8 milyard gənc var. Onlar son zamanlarda ciddi çağırışlarla üzləşirlər. Gənclər öz həyatlarını idarə etməyə çalışırlar və bu, yaxşı göstəricidir. Onların fikirlərini dinləyib, dəyərləndirməliyik. Düşünürəm ki, mədəniyyatlərarası dialoq da buna böyük təsir göstərəcək. Məqsədimiz müxtəlif dini və mədəniyyəti olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır. Bunun üçün birgə layihələr həyata keçirilməsi əsas şərtdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT