kanal12.az

Avropa çempionatı: Azərbaycanın həndbol millisi seçmə mərhələdə beşinci oyununu keçirəcək

3-04-2024, 11:05 0 dəfə baxılıb

Avropa çempionatı: Azərbaycanın həndbol millisi seçmə mərhələdə beşinci oyununu keçirəcək

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yığma V turda doğma meydanda Şimali Makedoniyanı qəbul edəcək. Bakı İdman Sarayında oynanılacaq görüş saat 17:00-da start götürəcək.

Komandalar arasında səfərdə keçirilən görüş Şimali Makedoniyanın 40:17 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupda bir qələbəsi olan Azərbaycan millisi 2 xalla dördüncü pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT