kanal12.az

DYP: Həftəsonu sürücülük hüququ olmadan avtomobil idarə edən 70 nəfər barəsində tədbirlər görülüb

11-03-2024, 13:12 0 dəfə baxılıb

DYP: Həftəsonu sürücülük hüququ olmadan avtomobil idarə edən 70 nəfər barəsində tədbirlər görülüb

Həftəsonu respublika yollarında sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, belə qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

“Bir daha bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər”, - deyə DYP-dən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
MƏDƏNİYYƏT